İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng etmişdir
06 aprel 2011, 17:15
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Nursultan Nazarbayevi seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə Prezident seçilməsi münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Nursultan Nazarbayev təbrikə və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.