logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən və Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyadan

Text size icon-size icon-size

04 aprel 2016, 18:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz Dağlıq Qarabağda uşaqlar da olmaqla, insan tələfatı ilə nəticələnən, gözlənilməz gərginliyə gətirib çıxaran qarşıdurma xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yaranmış bu vəziyyətlə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı və dərin narahatlığımızı bildiririk. Biz inanırıq ki, Siz atəşkəsə nail olmaq məqsədilə bütün diplomatik vasitələrdən və bu vəziyyətdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uzunmüddətli həllində son mərhələyə gətirib çıxara biləcək danışıqlara nail olmaq üçün istifadə edəcəksiniz.

Əgər lazım gələrsə, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün, xüsusilə də bu vəziyyətdə dialoqun bütün mərhələlərinə ehtiyac duyulduğu anda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri özlərinin birgə təcrübə formalarını təqdim etməyə hazırdır. Biz Sizi bu səylərinizdə dəstəkləməyə hazırıq.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramımızı qəbul edəsiniz.

Hörmətlə,

Franko Frattini

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

2002-2004, 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri

Zlatko Laqumciya

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi