İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
06 iyun 2010, 16:10
Prezident İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul etmişdir.
ABŞ müdafiə naziri Robert Qeyts ABŞ Prezidenti Barak Obamanın məktubunu dövlət başçısına çatdırdı. O, qeyd etdi ki, ABŞ Prezidenti Barak Obama senator qismində ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla xatırlayır.
Dövlət başçısı məktuba görə minnətdarlığını ABŞ Prezidentinə çatdırmağı xahiş etdi.
Görüş zamanı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.