Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olmuşdur
05 aprel 2011, 11:30
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Karolos Papulyası qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Yunanıstan Prezidentinə raport verdi.
Yunanıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Yunanıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Karolos Papulyasa, Yunanıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.