İlham Əliyev ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb
Text size
30 mart 2016, 23:55
Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıldı, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edildi.
Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışdı.
Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Sonra dövlətimizin başçısı konqresmenlərin suallarını cavablandırdı.