Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilmişdir
Text size
04 iyun 2010, 14:40
Bakıda Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.
Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko binanın layihəsi və maketi ilə tanış oldular.
Dövlət başçılarına səfirliyin yeni binası haqqında məlumat verildi.
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko gilizi təmələ buraxdılar və beton qarışığı tökdülər.
Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış oldular.