“Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
Text size
17 mart 2016, 20:20
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası “Poçt ödəniş xidmətləri haqqında” 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Sazişə müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.