“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə dair Azərbaycan Respublikasının Bəyanatı
17 mart 2016, 20:22
1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.
2. Azərbaycan Respublikası bəyan edir ki, “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.
3. Azərbaycan Respublikası bu Bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.