logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev İordaniyanın keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib

Text size icon-size icon-size

09 mart 2016, 12:00

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib.

Keçmiş Baş nazir Abdelsalam Al-Macali İordaniyanın Kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirdi.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirildi.

Abdelsalam Al-Macali İordaniya Kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi