İlham Əliyev Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib
Text size
09 mart 2016, 12:20
Prezident İlham Əliyev Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.