İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
11 may 2010, 12:10
Prezident İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.
Dövlət başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik etmişdir. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirmişdir.
Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilmiş və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunmuşdur.