logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb

Text size icon-size icon-size

29 fevral 2016, 17:00

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini imzalanma mərasimində iştirak ediblər.

Birgə Bəyannaməni “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar.

Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısı işini başa çatdırıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi