logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İrlandiyanın Prezidenti Zati-aliləri xanım Meri Makalisə

Text size icon-size icon-size

16 mart 2011, 18:00

Hörmətli xanım Prezident, 

Ölkənizin milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 mart 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi