logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

Text size icon-size icon-size

24 fevral 2016, 18:10

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 fevral 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi