“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
19 fevral 2016, 19:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Həsənov Məmməd Qurban oğlu
Həsənov Raqib Hüseyn oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2016-cı il.