İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
17 fevral 2016, 15:40
Prezident İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.
Gəncə artıq qitə əhəmiyyətli şəhərlərdən birinə çevrilib. Bu baxımdan şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” elan olunması təsadüfi deyil. Bununla bağlı həyata keçirilən tədbirlər sırasında “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkının inşası mühüm yer tutur.
Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib. Gəncənin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” olması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb.