logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Text size icon-size icon-size

16 fevral 2016, 19:15

Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi