logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və İsveçrə Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olmuşdur

Text size icon-size icon-size

14 mart 2011, 11:30

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi