İlham Əliyevin və Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur
Text size
03 iyun 2010, 12:40
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edildi.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.