İlham Əliyev Davosda TOTAL şirkətinin baş icraçı direktoru ilə görüşüb
Text size
22 yanvar 2016, 14:30
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.