logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Text size icon-size icon-size

21 yanvar 2016, 15:00

Prezident İlham Əliyevin Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi