logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin BP şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Text size icon-size icon-size

20 yanvar 2016, 23:00

Prezident İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi