İlham Əliyevin Türkiyənin Baş naziri ilə görüşü olub
20 yanvar 2016, 22:30
Prezident İlham Əliyevin Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
Baş nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.