Sahibə Abbasovadan, Bakı, Azərbaycan


11 yanvar 2016, 17:30
Hörmətli cənab Prezident!
Bu gün Azərbaycanın təhsil sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemləri səviyyəsinə çatdırılmaqdadır. Müasir tələblərə cavab verən yeni təhsil müəssisələri tikilir və pedaqoji kollektivlərin işinin təkmilləşdirilməsi üçün müvafiq işlər görülür. 2014-2015-ci illər kollektivimiz üçün əlamətdar olub. Belə ki, 2014-cü ildə məktəbimiz Sizin Sərəncamınıza uyğun olaraq əsaslı şəkildə təmir edilib və ən müasir avadanlıqla təchiz olunub. Bu il dekabrın 21-də isə məktəbimiz Sizin Sərəncamınız əsasında keçirilən müsabiqənin qalibi olaraq ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. Məktəbimizə verilən bu qiymət məni və kollektivimizi çox sevindirir.
Möhtərəm cənab Prezident, şəxsən öz adımdan və kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, bu diqqət və qayğıdan ruhlanaraq daha da yaxşı işləyəcək, Vətənə, xalqa layiqli övladlar yetişdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Xalqımızın firavan gələcəyi naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji və qələbələr arzu edirik.
54 nömrəli orta məktəbin kollektivi adından dərin hörmət və ehtiramla,
Abbasova Sahibə Namaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.