logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

General-leytenant B.H.Eyyubovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

09 mart 2011, 18:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Həsən oğlu Eyyubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi