logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ümumrusiya Azərbaycanlılar Konqresinin Stavropol regional bölməsinin sədri, Rusiya Federal Miqrasiya Xidmətinin Stavropol Diyarı üzrə İdarəsi yanında Məşvərət Şurasının üzvü, ÜAK-ın Moskva şəhəri üzrə regional bölməsinin Mərkəzi Şurasının üzvü Fəxrəddin Yarıyevdən

Text size icon-size icon-size

29 dekabr 2015, 14:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə uğurlar və firavanlıq, cəsarətli planlarınızın həyata keçməsini, bütün təşəbbüslərinizin gerçəkləşməsini arzu edirəm. Qoy Sizin işgüzar keyfiyyətləriniz, rəhbər istedadınız, həmkarlarınızın, tərəfdaşlarınızın etimadı və dəstəyi, dostlarınızın sədaqəti yeni nailiyyətlərinizin etibarlı əsası olsun.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat eşqi, firavanlıq diləyirəm.

Hörmətlə,

Fəxrəddin Yarıyev

Ümumrusiya Azərbaycanlılar Konqresinin Stavropol regional bölməsinin sədri,

Rusiya Federal Miqrasiya Xidmətinin Stavropol Diyarı üzrə İdarəsi yanında Məşvərət Şurasının üzvü,

ÜAK-ın Moskva şəhəri üzrə regional bölməsinin Mərkəzi Şurasının üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi