“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi” Federal Dövlət Büdcə müəssisəsinin Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevdən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 dekabr 2015, 17:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq, qarşınıza qoyduğunuz məqsədlərə nail olmaq inamı, uzun illər boyu tükənməz enerji, nikbinlik və müstəqil Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.
Qoy, xeyirxah əməllər və xeyirxah insanlar Sizi hər gün sevindirsin, bütün niyyətləriniz çin olsun.
Sizə və gözəl ailənizə bir daha möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Məmməd Əliyev
“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi” Federal Dövlət Büdcə müəssisəsinin Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki