logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən

Text size icon-size icon-size

24 dekabr 2015, 16:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının lideri kimi ali vəzifədə çalışmaqla, dövlətin möhkəmlənməsi və başqa ölkələrlə mehriban münasibətlərin inkişafı istiqamətində səmərəli fəaliyyətinizlə insanların dərin hörmətini qazanmısınız.

Sizin ənənəvi dini icmaların, xüsusən Azərbaycanda möhkəm dinlərarası və millətlərarası sülhün və vətəndaş həmrəyliyinin qorunub saxlanılmasına töhfəsini verməyə çalışan Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına diqqətinizi xüsusi qeyd etmək istərdim.

Sizə cansağlığı, gümrahlıq və bundan sonrakı fəaliyyətinizdə daha güclü olmağı arzu edirəm.

Dərin hörmətlə,

Kirill

Moskvanın və bütün Rusiyanın patriarxı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi