logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə

Text size icon-size icon-size

15 dekabr 2015, 18:05

Əlahəzrət,

Bəhreyn Krallığının Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı,14 dekabr 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi