Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 dekabr 2015, 17:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində həyatını itirən insanlarla əlaqədar Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu kədərli günlərdə səbir və dözüm diləyirəm.
Qəza zamanı xəsarət alanlar mərhəmətli Allahın izni ilə tezliklə şəfa taparlar. Ulu Tanrı Sizi və Azərbaycan xalqını xəta-bəladan qorusun.
Dərin hörmətlə,
Abdullah bin Nasser bin Xəlifə Al Tani
Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri