logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

Text size icon-size icon-size

07 dekabr 2015, 18:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezidentim,

Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş verən dəhşətli qəzadan dərin üzüntü duyduğumu, Zati-alinizin və Azərbaycan xalqının kədərini ən dərin hisslərlə bölüşdüyümü bildirmək istəyirəm.

Azərbaycan xalqının birlik və bərabərliyi ilə bu günləri də geridə qoyacağına olan inamımla, TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri adından və şəxsən öz adımdan qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, bütün türk dünyasını kədərləndirən bu hadisənin bir daha yaşanmamasını arzu edirəm.

Dərin ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi