logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsrail Dövlətinin Akko şəhərinin meri Şimon Lankrindən

Text size icon-size icon-size

07 dekabr 2015, 18:05

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycan xalqının bu hüznlü və kədərli anında İsrail Dövləti, İsrail xalqı, İsrailin Akko şəhərinin meriyası,  bu şəhərdə yaşayan çoxsaylı azərbaycanlı icması, habelə öz ailəm adından Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə və yaxınlarının kədərinə şərik olduğumu bildirmək istəyirəm.

Bu dəhşətli faciəni mən şəxsi kədərim və itkim kimi qəbul etdim. Biz bu ağır günlərdə Azərbaycan xalqı ilə bir yerdəyik.

Azərbaycan, başın sağ olsun, Allah ölənlərə rəhmət eləsin.

Hörmətlə,

Şimon Lankri

İsrail Dövlətinin Akko şəhərinin meri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi