Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə
Text size


05 dekabr 2015, 17:40
Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 dekabr 2015-ci il.