logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Text size icon-size icon-size

28 noyabr 2015, 11:30

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi