logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Belarusa rəsmi səfərə gəlib

Text size icon-size icon-size

27 noyabr 2015, 23:30

Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gəlib. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər. 

Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi