logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Text size icon-size icon-size

28 fevral 2011, 17:20

Prezident İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Özünün Xorvatiyaya, Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçin ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Xorvatiya ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Dövlətimizin başçısı İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından önəmli olacağına əminliyini bildirdi.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq hakimiyyətin mühüm qolu olan məhkəmə hakimiyyətləri arasında əlaqələr yaratmağın əhəmiyyətli olduğunu dedi. Xorvatiya Ali Məhkəməsinin sədri azərbaycanlı həmkarları ilə yaxşı əməkdaşlıq əlaqələri yarada biləcəklərinə və davam etdirəcəklərinə əminliyini ifadə etdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi