logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul etmişdir

Text size icon-size icon-size

25 fevral 2011, 17:45

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Piter Semnebini fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi və ona gələcək işlərində uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi