logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

Text size icon-size icon-size

24 fevral 2011, 18:30

Əlahəzrət, 

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. 

Əminəm ki, xalqlarımızın iradəsini ifadə edən Azərbaycan-Küveyt münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 fevral 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi