logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib

Text size icon-size icon-size

04 noyabr 2015, 12:20

Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verdi. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi