İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir
Text size


23 fevral 2011, 18:00
Prezident İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir.
Dövlət başçısı Hamad Kalkaba Malboumu Beynəlxalq Hərbi İdman Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.