logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana

Text size icon-size icon-size

27 oktyabr 2015, 18:50

Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.

Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidentı

Bakı, 23 oktyabr 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi