Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda
Text size


23 oktyabr 2015, 16:30
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 oktyabr 2015-ci il.