İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
Text size
10 oktyabr 2015, 13:55
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.