logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 465 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

02 oktyabr 2015, 19:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 465 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 742) 2-ci hissəsində “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi