logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlib

Text size icon-size icon-size

17 sentyabr 2015, 14:20

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi