Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nietoya
Text size
15 sentyabr 2015, 18:00
Hörmətli cənab Prezident,
Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 sentyabr 2015-ci il.