logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Text size icon-size icon-size

08 sentyabr 2015, 18:30

Hörmətli Emoməli Şərifoviç, 

Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. 

Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək. 

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram. 

Hörmətlə,

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 sentyabr 2015-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi