Camal Musayev və başqalarından, Şəmkir, Azərbaycan
Hörmətli cənab Prezident!
2014-cü il noyabr ayının 15-də Şəmkir rayonuna etdiyiniz tarixi səfər biz şəmkirlilərin xatirəsində əbədi qalacaq. Həmin gün Siz Şəmkirçay su anbarının və magistral suvarma kanallarının açılışını etməklə bizə yeni həyat bəxş etdiniz. Uzun illər su çatışmazlığından əziyyət çəkən Könüllü kəndinin sakinləri ən böyük arzularından birinə çatdılar. Şəmkirçay su anbarından götürülən su kəndimizə bolluq gətirdi. İndi kəndin hər bir sakini heç nədən korluq çəkmədən öz təsərrüfatını rahat şəkildə əkib-becərir.
Möhtərəm Prezident, bütün bunlara görə Sizə sonsuz minnətdarlığımızı bildirir, həyatda ən şirin nemət olan möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Musayev Camal Səməd oğlu
Hüseynov Qoşqar Yahya oğlu
Pənahov Əli Hümbət oğlu
Qasımov Qurban Novruzəli oğlu və başqaları.
Azərbaycan Respublikası, Şəmkir rayonu, Könüllü kəndi.