E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
17 avqust 2015, 12:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2015-ci il.