2010-cu il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xilası” (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15 fevral 2011, 20:45
1. 2010-cu il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xilası” (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Amerika Birləşmiş Ştatları tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il.